Xəbər lenti

Məktəbdəki zorlanma hadisəsi ilə bağlı nazirlikdən qəribə açıqlama
Ölkə15:10 21.04.2015

Məktəbdəki zorlanma hadisəsi ilə bağlı nazirlikdən qəribə açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil Nazirliyi 2 gündür mətbuatın gündəmindən düşməyən Xaçmaz məktəblərindən birində baş verən zorlanma hadisəsindən xəbərsizdir. Nazirliyin mətbuat xidmətindən aznews.az-a verilən açıqlama belə deməyə əsas verir. 
Belə ki, artıq 2 nəfərin həbs olunması ilə nəticələnən zorlanma hadisəsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də məlumat yayıb. Lakin hadisə ölkə məktəblərindən birində baş verdiyindən Təhsil Nazirliyinin məsələ barədə münasibət bildirməsi vacib hesab edilib. Buna görə də əməkdaşımız dünən nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qarşı tərəf məsələdən xəbərsiz olduğunu deyib. 
Fakt bu gün hüquq-mühafizə orqanları tərəfindən təsdiqləndikdən sonra yenidən Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Cavab isə dəyişilməz qaldı: “Bu məsələ barədə xəbərimiz yoxdur. Sorğu göndərin, biz araşdıraq, ondan sonra cavab verəcəyik”.
Məlumat üçün bildirək ki, aprelin 16-da saat 14.00 radələrində Xaçmaz rayonunun Alekseyevka kənd orta məktəbinin sanitar qovşağında 14 yaşlı məktəbli qız zorlanıb. Cinayəti törətməkdə şübhəli bilinən Fərid Həsənov və Valeh Xurşudov saxlanılıb. 
Qaynar.info