Xəbər lenti

Məktəblərdə 5 alan şagirdlərin 70 faizi attestat imtahanında niyə büdrəyir? - Ekspert
Ölkə10:34 10.06.2022

Məktəblərdə 5 alan şagirdlərin 70 faizi attestat imtahanında niyə büdrəyir? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dövlət İmtahan Mərkəzinin açıqladığı statistika həqiqəti əks etdirir. Şagirdlər müvafiq Azərbaycan dili, ingilis, rus, ərəb, fərqi yoxdur, bu dillərdən imtahan verdiyi zaman onların ümumtəhsil müəssisələrində aldıqları qiymətlər öz əksini tapmır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi Dövlət İmtahan Mərkəzinin "məktəblərdə 5 alan şagirdlərin 70 faizi attestat imtahanında qiymətləri doğrulda bilmir” statistikasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, şagirdlər imtahanda təqdim olunan sualların 80%-ni cavablandıra bilmir:
"Bunun da nəticəsində ortalığa çıxan digər statistika ondan ibarət olur ki, məktəblərdə yazılan qiymət formal xarekter daşıyır. Bunun da kökündə müxtəlif səbəblər dayanır. Ya valideynin müvafiq korrupsiya faktına yol verməsi, yaxud da hər hansı bir tədbir metoduna al tamasından irəli gəlir. Burada müəllim ya nədənsə çəkinərək, ya da şirinlik alaraq bu qiymətləri yazır. Bunun da nəticəsində şagirdlərin ümumi buraxılış imtahanı ilə orta məktəblərdə aldığı qiymətlər ziddiyət təşkil edir”.
Elçin Əfəndi bunun aradan qaldırılması istiqamətində DİM-lə parallel olaraq Təhsil Nazirliyinin əməkdaşlıq etdiyini bildirib:
"Bununla bağlı müvafiq tədbirlər alırlar. Amma görünən odur ki, hələ ki, biz bu istiqamətdə hansısa uğurlu nəticəyə yaxınlaşmamışıq. Ümid edirəm, qarşıdakı dövrdə formal xarakterli qiymətlərin yazılması tamamilə aradan qaldırılacaq”.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi orta məktəblərdə şagirdlərin bilik və bacarığı ilə bağlı açıqlama yayıb. DİM bildirib ki, məktəblərdə 5 alan şagirdlərin 70 faizi attestat imtahanında qiymətləri doğrulda bilmir.
Bahar Rüstəmli