Xəbər lenti

Məktəblərdə bıçaqlanmalar nazirliyi hərəkətə keçirdi
Ölkə07:36 17.03.2016

Məktəblərdə bıçaqlanmalar nazirliyi hərəkətə keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda orta məktəblərdə şagirdlərin bıçaqlanması ilə bağlı tez-tez xəbərlərə rast gəlirik. Bir neçə gün öncə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində 11-ci sinif şagirdi Sarvan Zəliyev öz sinif yoldaşı tərəfindən bıçaqlanıb.
Bundan öncə isə analoji hadisə Bakının Binə qəsəbəsində yerləşən 136 saylı məktəbdə qeydə alınıb. 8 mart ərəfəsində isə Xəzər rayonunda yerləşən 26 saylı orta məktəbin 11-ci sinif şagirdi Samray Hümbətzadə bıçaqlanıb. Hadisə məktəbin daxilində baş verib.
Son vaxtlar təhsil müəssisələrində baş verən qanlı olaylar Təhsil Nazirliyini narahat etməyə başlayıb.
Qaynar.info bildirir ki, nazirliyin mətbuat xidmətindən azvision.az-a verilən məlumata görə, baş verən hadisələr narahatlıq yaratmaqla müəyyən addımların atılmasını zəruri edir. 
Məktəb rəhbərlərinin məsuliyyətinin artırılması, şagirdlər arasında xüsusi söhbətlərin təşkili, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi istiqamətində lazımi tədbirlərin görülməsi barədə yerli təhsili idarəetmə orqanlarına müvafiq tapşırıqlar verilib. 
Qaynar.info