Xəbər lenti

Məktəblərdə ixtisas müəllimləri çatışmır, regionlara isə heç kim getmək istəmir - Ekspert
Ölkə12:02 11.10.2022

Məktəblərdə ixtisas müəllimləri çatışmır, regionlara isə heç kim getmək istəmir - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda Azərbaycanda orta ümumtəhsil məktəblərində bəzi regionların əraziləri üzrə ixtisas müəllimləri çatışmır və bu bir faktdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Ekspert bildirib ki, Azərbaycanda işsiz müəllim ordusu formalaşır:
"Müəllimlərin işə qəbulu imtahanı keçirilir. İmtahan test və müsabiqə mərhələsindən ibarət olur. Hər il 55-60 min müraciət qeydə alınır. Müsabiqədə uğur qazananlar, təqribən 20 min nəfəri ümumi müsabiqə şərtlərini ödəyir. Onların arasında 7-8 min nəfəri vakant yerləru tutur, yerdə qalanlar isə havada qalır. Bir növ işsiz müəllim ordusu formalaşır. Orta ümumtəhsil məktəblərinin əksəriyyətində ixtisas müəllimləri çatışmır”. 
Ekspert deyir ki, dərslərin başlanmasından bir aya yaxın vaxt keçməsinə baxmayaraq, boş qalan yerlərə ixtisas müəllimləri təyin olunmayıb:
"Digər ikinci fakt konkret olaraq fərqli-fərqli ixtisas sahibi olan müəllimlərdir. Amma onlar kiminsə hesabına fizika, kimya, bilologiya fənnini tədris edirlər. İstəlinən halda hazırkı vəziyyətdə məktəblərdə kifayət qədər problemlər var. İldə ali təhsil müəssisələrindən əmək bazarına nə qədər müəllim buraxılır və onların yarısı iş tapmır. Biz boş qalan yerləri üzə çıxartmalıyıq. Hər bir boş yeri də konkret olaraq ixtisas müəllimi tutmalıdır”.
İş yoxdur deyən müəllimlər niyə bölgələrdə boş qalan yerləri tutmur?
Elçin Əfəndi bunun səbəbini əməkhaqqı azlığı ilə əlaqələndirib:
"Düşünür ki, mən Bakıda yaşayıram, 200-250 manata niyə Xacmaza getməliyəm? Kirayə ev tutmalı, yeməyə pul xərcləməliyəm, hələ bunun geyimi və s. var. Yəni, bu yol onun üçün uğurlu  olmayacaq, sonda heç nə qazana bilməyəcək. Bu üzdən də həmin yerlərə göndərmək üçün müəllim tapılmır. Daha artıq məvacib verilməlidir ki, müəllimlərdə də rayonlara getməyə həvəs yaransın”.
Bahar Rüstəmli