Xəbər lenti

Məktəblərdə telefon qadağası olsun, olmasın? - Ekspert rəyi
Ölkə13:30 20.12.2023

Məktəblərdə telefon qadağası olsun, olmasın? - Ekspert rəyi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Orta məktəblərdə şagirdlərin özləri ilə dərsə telefon aparması təkçə Azərbaycanda deyil, bütün dünyada müzakirə olunan məsələdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili Şahlar Əsgərov deyib. 
Ekspert hələ ötən il bu məsələnin Azərbaycanda gündəmdə olduğunu vurğulayıb:
"Təhsili yüksək səviyyədə təşkil edən dövlətlər var. Məsələn, Sinqapur, Filandiya, Avropa dövlətlərinin bəziləri. Bu ölkələrdən maraqlanmaq lazımdır ki, orada dərsə telefon aparırlar, ya yox. Qabaqcıl təhsil sistemləri olan ölkələrin təcrübəsindən istifadə edilməlidir. Biz onların təcrübələrini öyrənməliyik. Məsələyə obyektiv cavab verilməlidir, bunun üçün də tədqiqat aparılmalıdır”. 
Şahlar Əsgərov bildirib ki, xarici ölkələrin səfirlikləri ilə əlaqə saxlamalı və onlarda bu problemin necə həll olunduğunu öyrənmək lazımdı. 
Sabiq deputat deyir ki, yaxşı müəllimin dərs dediyi şagirdin fikiri telefonda ola bilməz. 
Bahar Rüstəmli