Xəbər lenti

"Məktəblərin strukturuna yenidən baxılmalıdır" - Emin Əmrullayev
Ölkə18:55 29.08.2022

"Məktəblərin strukturuna yenidən baxılmalıdır" - Emin Əmrullayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Müəllimlərin sayında siniflərin sayı ilə münasibətdə disbalans var”.
Qaynarinfo xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Diqqət mərkəzi” verilişində deyib.
Nazir bildirib ki, bu qeyri-bərabərlik üç əsas yolla tənzimlənir.
"Biz çalışırıq ki bunu müəllimlərin işə qəbulu prosesində tənzimləyək. İkinci həll yolu məktəblərin ştat cədvəli dediyimiz sistemidir. 21-ci əsrdə artıq məktəblərin strukturu da fərqli olmalıdır. Məktəblərin strukturuna yenidən baxılmalı və addımlar atılmalıdır. Digər tərəfdən sertifikasiya məsələsi də önəmlidir”, - deyə nazir qeyd edib.