Xəbər lenti

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb
Texnologiya 18:08 28.02.2025

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

Şagirdlərimiz proqramlaşdırma üzrə beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər. Belə ki, 8-9 fevral 2025-ci il tarixlərində Rumıniyada IX "Info1cup” proqramlaşdırma müsabiqəsi keçirilib.

18 ölkədən 166 şagirdin qatıldığı müsabiqəyə məktəblilərimiz onlayn formatda qoşulublar.

Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Həsən Vəliyev qızıl medal qazanıb.

Eyni zamanda, Bakı Türk Anadolu liseyinin 10-cu sinif şagirdi Əhməd Qəmbərli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Rahidil Bayramlı isə bürünc medala layiq görülüblər.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->