Xəbər lenti

Ölkə 23:26 26.11.2023

Məktəblinin döyülməsi iddiaları təsdiqini tapmayıb - DİN

Daxili İşlər Nazirliyi Sabunçu rayonunda düyüldüyü deyilən 90 saylı tam orta məktəbin ikinci sinif şagirdi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, araşdırmalarla şagirdin göz nahiyyəsində xəsarət faktında qəsd müəyyən olunmayıb.

Müəyyən edilib ki, hadisə məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində baş verib.

Bütün sorğular və aparılan araşdırmalarla məktəblinin hansısa formada qəsdə məruz qalması ilə bağlı iddialar təsdiqini tapmayıb.

Qeyd edək ki, 90 nömrəli tam orta məktəbdən bildirilib ki, 2F sinfinin iki şagirdi qaçarkən toqquşub. Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?