Ölkə 16:08 15.07.2022

Məleykə Abbaszadə: “Ali təhsil sistemində məzmun kifayət qədər dəyişməlidir”

"Hazırki məqamda ali təhsil sistemində məzmun məsələləri həm əmək bazarının tələbləri, həm də elmin inkişafı nəzərə alınaraq kifayət qədər dəyişməlidir".

Qaynarinfo xəbər verir ki, bunu "Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 
Onun sözlərinə görə, artıq ölkənin təhsil sistemində bu siyasət yerinə yetirilir:

"Bildiyiniz kimi, bizim bir çox universitetlər ikili diplom proqramına qoşulub, dünyanın ən müasir universitetləri ilə birgə ali təhsilin məzmununu dəyişir və müasirləşdirir".