"Melissa Şirkətlər Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, şirkətlə bağlı məhkəməyə Budaqova Məlahət Nazim qızı müraciət edib.
O məhkəmədə şirkət rəhbərliyi barəsində "Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi, Mənəvi zərərin ödənilməsi” iddiası qaldırıb.
İşə Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, qanuni təmsilçisi Elnur Səmədov Fizuli oğlu olan "Melissa Şirkətlər Qrupu” MMC Bakıda yaşayış komplekslərinin tikintisini həyata keçirir. Melissa Group, "Halal” MTK, "General” MTK, "Yüksəl” MTK, "ASP” MTK kimi bir çox yaşayış kompleksləri və tikinti layihələrini həyata keçirib. Hal-hazırda "Melissa Park”, "Melissa Residence”, "Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.
Əhməd