Əfsanəvi pilot Mixayel Şumaxerin sabiq meneceri Uilli Veber alman pilotun həyatından silindiyini etraf edib.
Qaynarinfo "Milliyet"e istinadən xəbər verir ki, 20 ildən çox Şumaxerin meneceri kimi fəaliyyət göstərmiş Veber Almaniyanın RTL telekanalına açıqlama verib. 2010-cu ildə pilotla yolları ayırdığını deyən menecer keçirdiyi qəzadan sonra Şumaxeri görməyin ona qadağan edildiyini bildirib. Veber Şumaxerin həyat yoldaşı Korinna tərəfindən onların ailələrinin həyatından silindiyini deyib: "Nə telefon zəngi, nə məktub... Böyük acı içindəyəm. Məni həyatlarından sildiklərini bilirəm. Bu qədər müddətdən sonra niyə bir kənara atıldım? Niyə Mixayeli ziyarət etməyimə icazə verilmir? Niyə cəzalandırılıram?"
Menecer səhvə yol verdiyini və buna görə peşman olduğunu da etiraf edib: "Bir səhv etdim, qəzadan sonra Şumaxerin olduğu xəstəxanaya getmədim. O insan izdihamını görəndən sonra getməməyə qərar vermişdim. Səhv etdim, dərhal ora getməli idim. Bu üzdən min dəfə peşmanam. Mixayel qəzaya uğrayandan sonra səfil vəziyyətində yaşayırdım və it kimi əzab çəkirdim".
Səbuhi Həsənov