Xəbər lenti

Meneceri Ardanın "Beşiktaş"a keçməsi üçün "Barselona"nı razı salacaq
İdman14:15 25.07.2016

Meneceri Ardanın "Beşiktaş"a keçməsi üçün "Barselona"nı razı salacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın "Barselona" klubunun türkiyəli futbolçusu Arda Turan "Beşiktaş"da peyda ola bilər.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə Ardanın meneceri Ahmet Bulut deyib: "Əgər düşünsəniz, 1 mövsümlük icarəyə verilməsi şərti ilə mən "Barselona"nı razı salaram. Yaxşı şərtlərlə bunu həll edə bilərik".

Bu fikirlərdən sonra "Beşiktaş" prezidenti Fikrət Orman bu məsələnin həll edilməsi üçün Buluta müraciət edib. Ardanın özünün də Türkiyəyə qayıdışı barədə dedikləri "Beşiktaş"ın xeyrinədir: "Fənərbaxça" olmaz, amma "Beşiktaş"a simpatiyam var. Üstünlük verdiyim komanda "Beşiktaş"dır".

Qeyd edək ki, "Barselona" Arda Turana ildə 4.5 milyon avro maaş verir. Təxminən 14.5 milyon lirə edən bu maaşın "Beşiktaş" tərəfindən ödənilməsi üçün də heç bir problemin olmadığı deyilir.

Qaynarinfo.Az