Xəbər lenti

Mənim 28 May havam
Ölkə12:43 28.05.2013

Mənim 28 May havam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jalə İSMAYIL

Ehh, nə havamız vardı!

Televizorda himnsəslənən kimi səhər yeməyinə oturmuş ailəni ayağa qalxmağa məcburedirdim. Məktəbdə yenicə öyrətmişdilər himni...

Qonşu oğlanlarartıq alışmışdılar, şikayət eləmirdilər. Hər ilin bu günü tələbəqızların otağında bayram konserti başlanırdı. Qazan qapaqları bir-birinədəyib əcaib danqıltı çıxarır, masada nağara çalınır, cır səslər vargücüylə himn oxuyurdu...

Uzun illər sonra bir gün bu cırsəslərdən birinin əcnəbi dolu 100 nəfərlik zalda təkbaşına himnoxuyacağı kiminsə ağlına gəlmədən xor öz havasındaydı o illərdə...

Sonra havamızı aldılar.

Bu gözəl gündə dəxilsiz büstləri gözümüzə soxmaqla, qondarma bayramları bizə calaq eləməklə.

Amma hələ də cavanlığın havası var başımızda. Biz ilk dəfə bu himni əzbər öyrənən uşaqlardanıq...

Mənimçün 28 May himn günüdür. Himnin ürəklə, qürurla, mətanətlə, heç bir dərdimiz yoxmuş kimi oxunmalı olduğu bir gündür.

Dövlətgüclü ya zəif olsun, demokratik ya antidemokratik, hegemon yaqapazaltı, dəxli yoxdu, himn sanki vətəndaşa qeyri-insani güc verir. Bugücü itirməmək üçün dövlətin içimizdəki qurdlardan, çölümüzdə marığayatmış tülkülərdən qorunması şərtdir.

Mən bir vətəndaş kimi himnoxumağımdan kənar heç bir halda özümü güclü hiss edə bilmirəm. Himnoxuyuramsa, mənim dövlətim var, mən mövcudam, mən güclüyəm...

Bu da bir təsəlli havası...

Haradan-hara...

Yaxşı ki, hələ ki, şükür ki, toylarda oynamaq üçün himn sifariş edən yoxdu...

...Bu gün səhər 28 May vərdişimi yenə pozmadım – günümə himnlə başladım...