
Azərbaycan Dillər Universitetində, “ADU TGT” in təşkilatçılığı ilə “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təqdimatı keçirilib.
Təqdimat “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası haqqında video-çarxla başladı.
İlk olaraq, “ADU TGT” sədri Faiq Məmmədov çıxışında, “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası ilə əməkdaşlığın vacibliyindən, belə bir kampaniyanın təhsil, maarifləndirmə istiqamətində təşkil etdikləri layihələrin vacibliyini vurğuladı.
Sonra “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rəşad Bayramov kampaniyanın yaranma və formalaşması, həmçinin kampaniyanın təşkil etdiyi layihələr, tədbirlər haqqında tələbələri məlumatlandırdı, tələbələrin kampaniya haqqında suallarını cavablandırıldı.
Sonda “ADU TGT” və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalandı və birgə layihələrin keçirilməsi qərara alındı.
Qaynar.info




