
Palmali Şirkətlər Qrupunun sədri Mübariz Mənsimov prezident İlham Əliyevə məktub ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, M. Mənsimov növbəti dəfə prezident seçilməsi münasibəti ilə İ. Əliyevi təbrik edib. “Sizi Palmali Şirkətlər Qrupunun çoxminli kollektivi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm” yazan M. Mənsimov bildirib ki, bu bütün Azərbaycan xalqının qələbəsidir: “Dəfələrlə bəyan etdiyim kimi, mən və mənim komandam, Palmalidə çalışanların hamısı hər zaman, hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq. Güclü və firavan Azərbaycan, xoşbəxt sabahımız, Qarabağımız naminə Sizə cansağlığı, uzun ömür arzulayırıq”.