Xəbər lenti

Mənsimov Kriştiano Ronaldonu gətirir
İdman09:28 20.06.2013

Mənsimov Kriştiano Ronaldonu gətirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Xəzər  Lənkəran" klubun fəxri prezidenti və Palmali şirkətlər qrubunun sahibi Mübariz Mənsimov dünyanın ən yaxşı futbolçularından olan "Real"ın hücumçusu Kriştiano Ronaldonu Türkiyəyə gətirəcək.

Qol.Az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, azərbaycanlı iş adamı ABŞ-in məşhur ləl-cəvahirat markalarından olan Jacob&Conun Bodrumda ilk mağazasını açacaq. Mağazanın açılış mərasiminə Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo da qatılacaq.

Qeyd edək ki, müştəriləri əsasən Hollivud ulduzları, məşhur futbolçular olan bu şirkətin Türkiyədə ikinci mağazasının da Mənsimov tərəfindən İstanbulda açılacağı bildirilir.

Qaynar.info