Xəbər lenti

Mənsimovun şirkətindən böyük uğur - Dünyada 7-ci oldu
Ekonomiks13:01 11.10.2016

Mənsimovun şirkətindən böyük uğur - Dünyada 7-ci oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Clarksons" analitik şirkəti yeni hesabatını açıqlayıb. Qaynarinfo.Az xəbər verir ki, Tanker donanması gəmi sahiblərinin reytinqini hazırlayan şirkət "Palimali"ni diqqətdən kənarda saxlamayıb.
Belə ki, Mübariz Mənsimovun başçılıq etdiyi şirkət 7-ci yeri tutub. Amerika şirkətinin hesabatında bildirilir ki, "Palmali Shipping"in balansında 70 gəmi var. 
Dünyanın nəhəng şirkətlərinin yer aldığı siyahıda "Palmali"nin 7-ci yeri tutmasını Rusiya mediası böyük uğur kimi qiymətləndirib. Mənsimovun şirkəti siyahıda dünya nəhəngləri hesab olunan "Mitsui O.S.K. Lines" (151 gəmi), "Teekay Corporation" (108), "Ocean Tankers" (107), "A.P. Moller" (84), "Stolt-Nielsen" (80) və "Scorpio Group"dan (79) geri qalsa da, bir çox böyük şirkəti qabaqlayaraq dünya 7-cisi olub.
Qaynarinfo.Az