Xəbər lenti

Mənzil alan vətəndaşları necə aldadırlar?
Ekonomiks11:18 04.04.2022

Mənzil alan vətəndaşları necə aldadırlar?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İpoteka ilə ev alan vətəndaşın aldanmaması üçün Mülki Məcəllədə müəyyən edilən hüquqi normaların real tətbiqinə nail olmaq lazımdır”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. 
Ekspert onu da vurğulayıb ki, ipoteka kreditləşməsi zamanı vətəndaşların aldadılması halları özünü yalnız ayrı-ayrı özəl tikinti şirkətlərində göstərir: ”Belə hallara dövlət şirkətlərində rast gəlinmir. Bu da onunla bağlıdır ki, dövlət şirkətləri tərəfindən ipoteka kreditləşməsi prosesində ipoteka predmeti olan əmlak bütün xırdalıqlarına qədər araşdırılır”. 
Ramil Osmanlı 
Ramil Osmanlı təəssüflə qeyd edib ki, Azərbaycan qanunvericiliyi və Mülki Məcəlləsində normalar müəyyən olunsa da, onların tətbiqi istiqamətində problemlər də mövcuddur. Onun sözlərinə görə, reyestr olmadığına görə,  tikinti şirkətlərinin ipoteka yolu ilə satdığı mənzillər barədə bilgiləri  məlumat bazasında toplamaq mümkün deyil. "Daha doğrusu,  bunun hesabı aparılmadığına görə, aldanmamaq üçün vətəndaşın edə biləcəyi hər hansı bir yol da yoxdur”,- deyə R. Osmanlı bildirib.  
Ekspert onu da  qeyd edib ki, bu istiqamətdə vətəndaşın müdafiəsi "sıfıra” bərabərdir:"Çünki mənzil Tikinti Koperativinin hansı mənzili satıb, hansını satmadığı vətəndaş heç bir halda müəyyən edə bilmir. Həmin proses Mülki Məcəlləyə uyğun həyata keçirilsəydi, bu halda vətəndaş rahat məlumatları əldə edə bilərdi. İndiki halda isə o, bu imkandan məhrumdur. Problemin həlli üçün müvafiq qurumlar qanunvericiliyin tətbiqinə nail olmalı, bu istiqamətdə qərar və sərəncamlar verməlidir. MTK-larla bağlı məcələ təkmilləşdirilməli, elektron hökumət portalı çərçivəsində məlumatlara çıxış imkanı yaradılmalıdır”. 
Rüfət Sultan