"Azərbaycan vətəndaşı istəlinən qədər daşınmaz əmlak ala bilər, qanunvericilikdə buna heç bir məhdudiyyət yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Qasımzadə deyib. O bildirib ki, vətəndaşların əlavə mənzilləri öz adlarına rəsmiləşdirməsi yaxşıdır:
"Müəyyən məhkəmə proseslərində biz bunun şahidi oluruq. Məsələn, ev nigah dövründə alınırsa, bu ərlə arvadın birgə mülkiyyəti hesab olunur. Boşanma zamanı qiymətləndirmə prosesi aparanda məlum olur ki, ev onların deyil, yəni başqasının adınadır. Belə olan halda ev adına olan şəxs də mənzilə iddiaçı olur. Belə problemlə üzləşməmək üçün daşınmaz əmlakı alan şəxs öz adına rəsmiləşdirməlidir”.
Ramil Qasımzadə qeyd edib ki, bəzi məmurlar adlarının hallanmaması üçün mənzilləri başqasının adına rəsmiləşdirir:
"Onlar bilsin ki, digər şəxsin adına rəsmiləşən əmlak artıq onun deyil. Onun səlahiyyəti etibar etdiyi şəxsdir. Gələcəkdə bir problem yaransa həmin mənzillər onun mülkiyyəti kimi qəbul edilmir. Sabah həmin mənzilləri onlara verməyə bilərlər”.
Bahar Rüstəmli