Xəbər lenti

Sənət 19:29 27.08.2023

Meqan Markl "Oskar" almaq üçün kinoya qayıdacaq

Meqan Markl aktyorluq karyerasına bərpa etməyi planlaşdırır və gələcəkdə "Oskar" ala biləcəyinə inanır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Life & Style” hersoginyaya yaxın mənbəyə istinadən məlumat yayıb.

Bir insayderin sözlərinə görə, Meqan Markl aktyorluq karyerasını bərpa etmək üçün məşhur rejissorlar və prodüserlərlə danışıqlar aparır.

"Spotify" ilə 20 milyon dollarlıq müqaviləni itirmək, Meqan və Harri sənədli serialı üçün "Emmy" nominasiyasından imtina da daxil olmaqla bir sıra uğursuzluqlardan sonra o, aktyorluq karyerasını bərpa etməyi planlaşdırır. Meqan indi çox həyəcanlıdır”, deyə mənbə bildirib.

İnsayder qeyd edib ki, son 5 il ərzində Meqan bir çox təkliflər alıb, lakin əvvəlcə krallıq həyatını qəbul etməyə çalışdığı üçün onları rədd etmək məcburiyyətində qalıb. Sonra isə Harri ilə Hollivudda yeni bir yol açıb.

"Ancaq indi hər şey dəyişib. Digər imkanlar tükəndiyi üçün o, aktiv şəkildə rollar axtarır və məşhur rejissorlar və prodüserlərlə ünsiyyət qurur. Harri bütün bunların 100 faiz tərəfdarıdır. Aktyorluq Meqanın bildiyi və həmişə sevdiyi şeydir. Meqan filmdə dramatik rol almaq istəyir. O, gələcəkdə "Oskar" ala biləcəyinə inanır”, deyə mənbə aydınlaşdırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->