Keçən mövsüm "Formula 1"də çempion olan "Mercedes" 2022-ci il mövsümü üçün yeni avtomobilini təqdim edib.
Qaynarinfo xəbər verir ki, Valtteri Bottasın gedişindən sonra mövsümə Luis Hemilton və Corc Russellə başlayan komandanın avtomobilində müəyyən dəyişikliklər nəzərə çarpır.
"Gümüş oxlar” uzun illər qara avtomobillərdən istifadə etməsinə baxmayaraq, bu mövsüm klassik gümüş rəngə qayıtmağa üstünlük verib.
"Formula 1"in yeni mövsümü 18-20 martda Bəhreyn Qran-prisi ilə başlayacaq.
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//
Səbuhi Həsənov