Xəbər lenti

Mərhum meyxanaçı Vüqar Biləcərinin abidəsi ucaldıldı (FOTO)
Ölkə08:33 29.06.2021

Mərhum meyxanaçı Vüqar Biləcərinin abidəsi ucaldıldı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərhum meyxanaçı Vüqar Biləcərinin (Vüqar Paşayev) qəbirüstü abidəsi ucaldılıb.
Qaynarinfo xəbər verir ki, söz ustasının məzarı üzərində büstü qoyulub.
Qeyd edək ki, V.Biləcəri 2004-cü ildə "De gəlsin” meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, yazdığı şeir və qəzəlləri ilə bir çox insanların sevgisini və rəğbətini qazanıb.
V.Biləcəri ötən ilin avqustun 29-da 32 yaşında dünyasını dəyişib. O, Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.