Azərbaycan Vahid Kommunist Partiyasının sədri olmuş mərhum Musa Tukanovun oğlu Mahal Tukanov məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Xalq Bank” Açıq Səhmdar Cəmiyyətidir. Bunadan əlavə, "Şahin Telekom” MMC işdə maraqlı tərəf kimi çıxış edir.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. 9 yanvar 2023-cü il tarixinə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlıdır.
Qeyd edək ki, Musa Tukanov 2017-ci ilin oktyabrında həbs olunub. Partiya sədri Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilib. 2018-ci il iyunun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub və şərti cəza verilərək, məhkəmə zalından azadlığa buraxılmışdı. Musa Tükanov 2019-cu ilin fevralında vəfat edib.
Azərbaycan Vahid Kommunist Partiyası 1993-cü ildə Səyyad Səyyadovun rəhbərliyi ilə təsis edilib. Sonradan partiya iki yerə parçalanıb. Onlardan birinə Musa Tukanov rəhbərlik edib. Ancaq bu partiyanın dövlət qeydiyyatı olmayıb.
Seyid