Xəbər lenti

“Mərkəzi Bank dollar panikasının aradan qaldırılması üçün heç bir iş görmür” – Ekspert açıqlaması
Ekonomiks09:25 05.09.2016

“Mərkəzi Bank dollar panikasının aradan qaldırılması üçün heç bir iş görmür” – Ekspert açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son məlumata görə, artıq ərzaq mağazalarında qıtlıq müşahidə olunur. Buna səbəb isə, marketlərə ərzaq paylayan şirkətlərin ərzaq satışının dayandırılmasıdır. Mağaza sahiblərinin sözlərinə görə, dolların bahalaşması və bahalaşma ehtimallarının yenidən olması şirkətləri bu addım atmağa vadar edib. 

Üstəlik, son həftələrdə ərzaqların qiymətində 20 faiz artım var. Məsələn, şəkər tozu 1.20 AZN-idi, indi artıq 1.40 AZN-dir. Siqaretlərin qiyməti son bir həftədə 2 dəfə artdı. Mağaza sahibləri bildirdilər ki, artıq sakinlər qiymət artımının yenidən olacağını bilib öncədən bazarlıqlarını edirlər. 

İqtisadçı ekspert Qalib Toğrul qiymətinin artımının reallıq olduğunu söylədi. Qaynarinfo.Az-a açıqlamasında ekspert bildirdi ki, ölkədə yaranan dollar qıtlığıdır:

"Ölkəyə gətirilən məhsulların 99 faizi xaricdən ölkəmizə idxal olunan məhsullardır. Dollar kursunun yüksəlməsi  sahibkarlara panika yaradıb. Onlar da gələcəklərini sığartalamaq üçün məhsulların qiymətlərini artırıb. Burada əsas vəzifəni Mərkəzi Bankda görürəm. MB ölkədə yaranan dollar qıtlığı, bankların dollar satışının dayandırılması ilə bağlı heç bir açıqlama vermir. Panikanın aradan qaldırılması üçün MB heç bir atmır".

Pərvin Zeynal

Qaynarinfo.Az