Xəbər lenti

Mərkəzi Bank kart sahiblərinə xəbərdarlıq etdi
Ekonomiks12:43 08.09.2022

Mərkəzi Bank kart sahiblərinə xəbərdarlıq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahiblərinin "Whatsapp” platforması üzərindən Azərbaycan Mərkəzi Bankına (AMB) müraciət etməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda III şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız AMB-nin internet səhifəsi və yaxud sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq".