Mərkəzi Bank pul nişanlarının emalı proseslərinin davamlılığının təmin edilməsi üçün qablaşdırma və s. materialların satın alınması ilə bağlı müsabiqəyə yekun vurub.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "AABACUS” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 477.982,6 AZN təşkil edir.
"AABACUS” MMC 29 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5C, mənzil 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Məsimov Hacıbaba Ramazan oğludur.
"AABACUS” MMC bank avandanlıqlarının satışı ilə məşğul olan şirkətdir.
Hacıbaba Mənsimov isə vaxtilə Mərkəzi Bankda çalışıb. O, sözügedən qurumda nağd pul departamentinin direktoru vəzifəsini daşıyıb.
Hacıbaba Mənsimovun Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəçovun yaxın adamı olması barədə iddialar da var. Bu iddialar təkzib olunmayıb.
"AABACUS” MMC 2021-ci ildə Mərkəz Bankla 273 878, 2020-ci ildə isə 282 551 manatlıq satınalma müqaviləsi imzalayıb.
Seyid