Xəbər lenti

Mərkəzi Bankı uçot dərəcəsini artırdı
Ekonomiks07:14 29.03.2023

Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5 %-dən 8,75 %-ə çatdırılması barədə qərar qəbul edib.
Qaynarinfo AMB-yə istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi artırılaraq 6,75 %-dən 7 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5 %-dən 9,75%-ə çatdırılıb.
"Bu qərar daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikası nəzərə alınmaqla verilib”, - deyə AMB bəyan edib.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı mayın 3-də ictimaiyyətə açıqlanacaq.