Xəbər lenti

Mərkəzi Bankın İdarə Heyətinin tərkibi tam dəyişə bilər – Ekspert
Ekonomiks07:10 12.04.2022

Mərkəzi Bankın İdarə Heyətinin tərkibi tam dəyişə bilər – Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Böyük ehtimalla yeni sədrin rəyi əsasında İdarə Heyətinin tərkibi tam dəyişəcək”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun vəzifəsindən azad edilməsindən danışarkən deyib.
Onun sözlərinə görə, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 25-ci maddəsinə əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvləri vaxtından əvvəl yalnız konkret hallarda vəzifədən azad edilə bilər:
"Bu hallardan biri də istefa ərizəsinin təqdim edilməsidir. Başa düşdüyüm qədər, səlahiyyət müddətinin bitməsinə hələ 3 il qalan Elman Rüstəmov da ən azı formal olaraq məhz öz ərizəsi ilə vəzifəsindən azad edilir. Lakin Mərkəzi Bankın İdarə Heyətinin digər 3 üzvünün (Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev) səlahiyyət müddəti artıq martın 7-də bitib. Onlar 7 mart 2017-ci ildə 5 il müddətinə təyin edilmişdilər. Taleh Kazımovdan fərqli olaraq, onları növbətə müddətə İdarə Heyətinin üzvü təyin etmədilər. Böyük ehtimalla yeni sədrin rəyi əsasında İdarə Heyətinin tərkibi tam dəyişəcək. Odur ki, yaxında bu məsələ də həll olunmalıdır”.
Əkrəm Həsənov yeni tərkibdə Mərkəzi Bankın mövcud əməkdaşlarından da kiminsə yer alacağını güman etdiyini bildirib: 
"Çünki işi daxildən bilən kadrlara zərurət var”.
Bahar Rüstəmli