Azərbaycan Mərkəzi Bankının (AMB) ilinbirinci rübünə dair məlumatında vaxtı keçmiş kreditlərin həcminin 853milyon manata yüksəldiyini xəbər vermişdik. Təəssüf ki, AMB-nınaçıqlamasında qaytarılmayan vəsaitlərin strukturu göstərilmir. Busəbəbdən əsas hansı sahələrə qoyulan kreditlərn qaytarılmasındarisklərin mövcud olduğunu təhlil etmək çətindir. Yalnız bankların auditvə rüblük hesabatlarına əsasən müəyyən analizlər aparmaq olar.Apardığımız araşdırma zamanı məlum oldu ki, ölkədə fəaliyyət göstərənbankların əksəriyyətinin maliyyə hesabatlarında informasiya kasadlığıvar. Bir qismi nəinki rüblük, heç ötən ilin audit hesabatınıyerləşdirməyib, bir qismi hesabatlarını ingilis dilində təqdim edir.Bütün bu çətinliklərə baxmayaraq, aşağıdakı adlarını çəkəcəyimizbanklardan müəyyən məlumatlar əldə edə bildik.
Beləliklə, öncə bir sıra bankların ümumi kredit portfelinə və vaxtı keçmiş kreditlərin həcminə nəzər yetirək:
| Bankların adı | Ümumi kredit portfeli | Vaxtı keçmiş kreditlərin həcmi | Əhatə etdiyi dövr |
| Unibank | 613,1 mln. | 4,8mln. | 2013-cü audit hesabatı |
| AGBank | | 41,6 mln. manat | 2014. I rüb |
| Amrahbank | 82,8 mln. | 12.2 mln. | 2013. audit hes. |
| AccessBank kreditləri | 664,1 mln. | 4,2 mln. | 2004. I rüb |
| Bank of Baku | 578,8 mln. | 32,3 mln.. | 2014. I rüb |
| Bank Silk Way | 147,9 mln. | 3,4 mln. | 2013. audit hes. |
| Bank Respublika | 283 mln. | 19,2 mln. | 2013. audit hes. |
| VTB- Azərbaycan» düşür. | 194 mln. | 10,7 mln. | 2014. I rüb |
Paşa Bank | 350,9mln. | 52,6 mln. | 2013. audit hes. |
| Kapital Bank | 777,3 mln. | 172,3 mln. | 2013. audit hes. |
«Unibank»ın ümumi kreditportfelinin 80,5 faizi fiziki şəxslərə verilən istehlak və avtomobilkreditləridir. Yerdə qalan hissəsini korporativ kreditlər təşkil edir.Bu bankda vaxtı keçmiş kreditlərdə ən böyük payı, avtomobil kreditləritutur- 2,5 milyon manat. Daha sonrakı yerdə sahibkarlara, habelə ipotekaüzrə verilən vəsaitlərin qaytarılmasında kəskin problemlər yaşandığınıgörmək olur.
«Amrahbank»ın isə audit hesabatına görə,problemli kreditlərin ilk pilləsində fiziki şəxslərdən ibarət olansahibkarlar tutur. Daha sonra istehlak və avtomobil, ticarət və xidmətsektoruna ayrılan vəsaitlərin qaytarılmasına yaranan problemlər gəlir.
«Bankof Baku»nun 32,3 milyon manat həcmli vaxtı keçmiş kreditinin 29,1milyonu fiziki şəxslərə verilən istehlak, avtomobil, ipoteka kreditləritəşkil edi.
«Bank Silk Way»də isə vəziyyət bir qədərfərqlidir. Qeyd edək ki, bu bankın kreditlərinin 77,8 faizi havanəqliyyatına yönəldilir. İstehlak və avtomobil kreditləri heç 1 faiztəşkil etmir. Ona görə də, vəsaitlərin geri qaytarılmamasında əsas payda hava nəqliyyatlarına yönəldilən pullar tutur.
«BankRespublika»da isə 19,2 milyon manatlıq vaxtı keçmiş kreditlərinin 15milyon manatını hüquqi şəxslərə verilən vəsaitlər təşkil edir. Sonrakıpillələrdə avtomobil və istehlak kreditləri dayanır.
Əndiqqət çəkən vəziyyətlərdən biri Dövlət Neft Fondunun aktivlərinin cüzibir hissəsinin depozit şəkilində yatırdığı «VTB- Azərbaycan»ətrafındadır. Bu bankın kredit portfelinin hamısı Abşeron iqtisadirayonuna düşür. Vaxtı keçmiş kreditlərin məbləği isə ümumi potfeldə 5,5faizdir. Vəsaitlərin qaytarılmasında əsas problem sənaye sektoru olduğugöstərilir (6,7 faiz). Bu o deməkdir ki, götürdükləri vəsaitləri geriqaytarmayanlar oliqarx-məmurlara məxsus sənaye müəssisələridir. Sonrakıyeri 4,1 faizlə istehlak kreditləri tutur.
«Paşa Bank» isəkreditlərin demək olar ki, 90 faizini hüquqi şəxslərə verir. -328,9milyon manat. Ona görə də problemli kreditlər, əsasən, müəssisələrə qoyulmuş vəsaitlər təşkil edir.
«Kapital Bank»da isə vaxtıkeçmiş kreditlərin həcminin kifayət qədər böyük -172,3 milyon manatolması diqqəti çəkir. Burada ilk yeri istehlak kreditləri tutur-50,6milyon manat. Sonrakı pillədə korporativ kreditlərdir. 32 miylon manatbüdcə müəssisələri tərəfindən dövlət zəmanəti ilə alınmış, lakinödənilməyən məbləğdir. Daha sonra sahibkarlıq və ipoteka kreditləri yertutur. Qaytarılmayan avtomobil kreditlərinin həcmi isə 5,5 milyon manatolmaqla sonuncu pillələrdə qərarlaşır.
Bu məlumatları təhliletdikdə, Azərbaycan Mərkəzi Banknın istehlak və avtomobil kreditlərinəməhdudiyyətlərin qoyulması ilə bağlı tövsiyyələrini başa düşmək olar.Çünki avtomobil və istehlak kreditlərinin qaytarılmasında ciddiproblemlər yaşanır. Bankların vaxtı keçmiş kredit portfelininstrukturunda bu iki istiqamətə yönəldilən vəsaitlər ilk üçlükdəqərarlaşır. Sahibkarlıq subyektlərinə ayrılan vəsaitlərin də bu üçlükdəyer aldığını deyə bilərik. Doğrudur, 10 bankın hesabatı əsasında beləbir qəti nəticəyə gəlmək mümkün deyil. Amma adlarını çəkdiyimiz banklarüzrə təhlildən görünən odur ki, kiçik, orta və iri sahibkarlarkreditləri ödəməkdə çətinlik çəkirlər. Bunun əsas səbəblərindən birisahibkarlıq subyektlərində gəlirlilik və mənfəət çox zəif olmasıdır. //bizimyol.info