Xəbər lenti

Mərkəzi Bankın tövsiyəsi: onlara cərimə faizi hesablanmasın... - Deputat
Ekonomiks06:26 05.07.2021

Mərkəzi Bankın tövsiyəsi: onlara cərimə faizi hesablanmasın... - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mərkəzi Bankın tövsiyəsinə əsasən pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmamalıdır”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bank pandemiya səbəbindən kredit ödənişində yubanmaları olanlara cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşməməsinə dair tövsiyə müddətini bu il oktyabrın 1-dək uzadması ilə bağlı qərarına aydınlıq gətirərkən deyib.
Deputat bildirib ki, eyni zamanda, həmin şəxslərin kredit tarixçəsi pisləşdirilməməlidir, yəni adları "qara siyahı” adlandırılan siyahıya daxil edilməməlidir.
Vüqar Bayramov qeyd edib ki, Milli Məclisin 27 may 2021-ci il tarixli Plenar İclasında pandemiya və devalvasiya səbəbindən kredit ödənişlərində yubanmaları olanların kredit tarixçəsinin pisləşdirilməməsini, yəni onların adların ictimaiyyət arasında "qara siyahı” adlandırılan siyahıya salınmamasını təklif edib.
Bahar Rüstəmli