Mərkəzi Bankın (AMB) Bakının Nizami rayonunda tikilməkdə olan yeni inzibati binasına indiyədək 477 milyon 348 min manat vəsait sərf olunub.
Bu barədə məlumat Mərkəzi bankın maliyyə hesabatında yer alıb.
Hesabatda qeyd olunur ki, baş podratçı və digər təşkilatlarla imzalanmış müqavilələr çərçivəsində 434,703 min manat, digər kapital qoyuluşları üçün isə 42 milyon 735 min manat xərclənib.
Binanın tam təhvil verilməsi üçün gələcəkdə 153 milyon 883 min manat əlavə vəsaitin xərclənməsi planlaşdırılır.
Nəticədə, bu tikinti layihəsinin ümumi dəyəri 631 milyon 231 min manat təşkil edəcək.//Yeniavaz.com
Şərhlər