Xəbər lenti

Mərkəzi Hakimlər Komitəsinin 9 üzvündən 5-i "Fətullahçı" çıxdı
İdman15:00 02.08.2016

Mərkəzi Hakimlər Komitəsinin 9 üzvündən 5-i "Fətullahçı" çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Futbol Federasiyasında (TFF) başladılan FETÖ/PDY (Fətullahçı Terror Örgütü/Paralel Dövlət Yapılanması) araşdırmasında Mərkəzi Hakimlər Komitəsinin (MHK) 9 üzvündən 5-də terrorla bağlantı aşkar edilib.

Qaynarinfo.Az xəbər verir ki, artıq TFF-dəki bütün komitələrin sədr və üzvlərinin yazılı istefa verməsi istənilmişdi. 2800 nəfərlik siyahı isə Daxili İşlər Nazirliyinə göndərilib.

Kuddusi Müftüoğlunun sədri olduğu MHK-nın 9 üzvündən 5-də terrorla bağlantı Milli İstihbarat Təşkilatı tərəfindən aşkar edilib. Bundan sonra TFF İdarə Heyəti dərhal MHK-nın sədr və üzvlərinin istefasını qəbul edib.

İlkin olaraq həmçinin o da məlum olub ki, Super Liqada oyunlara təyinat alan 5 baş və 6 yan xətt hakimi bu terror qruplaşması ilə əlaqədə olub.

Qaynarinfo.Az