Xəbər lenti

Məscidin qarşısında bıçaqlanma - Masallıda
Ölkə19:22 01.11.2014

Məscidin qarşısında bıçaqlanma - Masallıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Masallıda bıçaqlanma faktı qeydə alınıb. Qaynar.info APA-ya istinadən xəbər verir ki, hadisə  rayonun Böyuk Kolatan kəndi ərazisindəki məscidin qarşısında baş verib.

Kənd sakini Fərahim Aslanov şəxsi münaqişə zəminində həmkəndlisi, 21 yaşlı  Şaiq Nəciyevə bıçaqla bədən xəsarəti yetirib. 

İki bıçaq zərbəsi alan S.Nəciyev dərhal  Masallı Mərkəzi  Rayon Xəstəxanasina çatdırılıb. Burada ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Qaynar.info