Xəbər lenti

“Meşə qardaşları” Azərbaycanda terrora çağırış etdi - FOTOFAKT
Ölkə15:06 25.10.2013

“Meşə qardaşları” Azərbaycanda terrora çağırış etdi - FOTOFAKT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda sosial şəbəkələr vasitəsilə məzhəblərarası qarşıdurmaya və şiə-müsəlmanlarının din xadimi kimi tanınan Hacı Şahin Həsənliyə qarşı sui-qəsd çağırışları yer alıb.

AzNews.az-ın məlumatına görə, “facebook” şəbəksində “Enekin Skayvoker” adı ilə qeydiyyatdan keçən şəxs “İran Şeytanları Respublikası” adlı profildə əhli-sünnə məzhəbindən olan dostlarına salam göndərərək, Azərbaycandakı şiələrə qarşı başlanacaq silahlı mübarizəyə hazır olmağa çağırıb. Həmin şəxs bu günə kimi internet resursları vasitəsilə daima Azərbaycandakı məzhəb dostlarını mücadiləyə səslədiyini, lakin qarşısının alındığını da deyərək, bundan sonra “Enekin Skayvoker” adlı profil vasitəsiylə əlaqə saxlayacağını söyləyib.

“Enekin Skayvoker” bundan başqa Fərman Çətin adlı birinin əlində hərbi təyinatlı bıçaq tutmuş şəkli, Mirzəhməd Əl-Qusari adlı digərinin isə əli ilə müəyyən işarə göstərdiyi fotosu da yayıb. Şəkilin altında isə Azərbaycanda şiələrə qarşı hədə dolu ifadələrlə yanaşı, Hacı Şahin Həsənlini qətlə yetirmək üçün məzhəb qardaşlarının uzun müddətdən bəri hazırlıq gördüyü də öz əksini tapıb.

Qaynar.info