Xəbər lenti

Məşhur agentlikdən manatla bağlı bədbin PROQNOZ
Ekonomiks09:10 07.12.2016

Məşhur agentlikdən manatla bağlı bədbin PROQNOZ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan manatının məzənnəsi ilə bağlı proqnozlarını açıqlayıb.

Agentliyin analitikləri 2016-2018-ci illərdə manatın dollara nisbətən məzənnəsinin 1,55-1,7 səviyyəsində dəyişəcəyini proqnozlaşdırır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə dolların məzənnəsini 1,7369 səviyyəsində müəyyən edib ki, bu da ötən günlə müqayisədə dolların 0,17% möhkəmlənməsindən xəbər verir. 

Ötən gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7339 məzənnəsi ilə başlayıb və 1,7369 məzənnəsi ilə yekunlaşıb. (APA)

Qaynarinfo.Az