Xəbər lenti

Məşhur braziliyalı futbolçu həbs oluna bilər
İdman11:13 08.10.2021

Məşhur braziliyalı futbolçu həbs oluna bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliya millisinin sabiq futbolçusu hazırda "Plameyras"ın formasını geyinən Felipe Melo Libertadores Kubokunun finalını qaçıra bilər.
Qaynarinfo xəbər verir ki, bu haqda "Record" qəzeti Braziliya mətbuatına istinadən yazıb. Futbolçu Uruqvayda keçirilən finala qatılmaya bilər. Buna səbəb onu gözləyən həbs təhlükəsidir. Melo 2017-ci ildə Uruqvayda yerli "Penyarol"ıa "Palmeyras" arasında keçirilən matçın sonunda yaşanan insidentə qarışmışdı.
Futbolçuların bir-biriləri ilə yumuruq və təpik davasına çıxdığı həmin vaxt Felipe də rəqib oyunçulardan birini döymüşdü. Hadisələrdən sonra  bir çox insan həbs olunsa da Melo ölkəni gizlincə tərk etmişdi. Belədə onun Uruqvaya qayıdacağı təqdirdə yenidən həbs edilə biləcəyi söylənilir. 
Uruqvayda keçiriləcək Libertadores Kubokunun finalında iki Braziliya klubu - "Palmeyras"la "Flamenqo" qarşılaşacaq. 
Səbuhi Həsənov