Britaniyalı müğənni Stinq (əsl adı Qordon Metyu Tomas Samner) İtaliyanın Toskana bölgəsində yerləşən Tenuta il Palaggio adlı mülkünü Ukrayna prezidenti Volodimir Zelenskinin şirkətinə satıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Databaseitalia" yazıb.
Materialda qeyd edilir ki, əməliyyat haqqında məlumat İtaliyanın daşınmaz əmlak vergisi reyestrində peyda olub. Musiqiçinin mülkündən nə qədər əldə etdiyi barədə rəsmi məlumat yayılmayıb. Amma adının açıqlanmasını istəməyən ekspertlərin fikrincə, 60-75 milyon avro məbləğindən danışmaq olar.
"Tenuta il Paglagionun yeni sahibi İtaliyanın "San Tommaso S. R. L." şirkətidir. Şirkət İtaliyada qeydiyyata alınsa da, Ukrayna vətəndaşları Volodimir Zelenskiyə və həyat yoldaşı Yelena Zelenskayaya məxsusdur", deyə nəşr yazır.
Jurnalistlər aydınlaşdırıblar ki, Ukrayna liderinin xarici şirkətinin olması ilk dəfə 2019-cu ildə məlum olub. Həmin vaxt siyasətçi hələ prezidentliyə namizəd idi və İtaliyanın Forte dei Marmi kurort şəhərindəki villasını elan etməmişdi.
Nəşrin məlumatına görə, daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyat bu il iyunun 28-də başa çatıb. Bu, Ukrayna prezidentinin İtaliyaya səfərindən düz iki həftə sonra baş verib, həmin vaxt G7 sammiti keçirilib. Materialın müəllifləri vurğulayırlar ki, bu tədbirdə Qərb ölkələri Rusiya gəlirlərindən və dondurulmuş aktivlərindən istifadə edərək Kiyevə 50 milyard dollar məbləğində hərbi yardım göstərəcəklərini vəd ediblər.
Aydın
Şərhlər