Xəbər lenti

Məşhur Fransa klubunun sabiq futbolçusu "Sumqayıt"da
İdman13:04 01.09.2023

Məşhur Fransa klubunun sabiq futbolçusu "Sumqayıt"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb.
 
Qaynarinfo-nun məlumatına görə, sumqayıtlılar son klubu Kipr "Anortosis”i olan Çad millisinin üzvü Kasimir Ninqa ilə 1 illik müqavilə imzalayıb. 30 yaşlı cinah hücumçusu "11” nömrəli formada çıxış edəcək.
Ninqa karyerası ərzində "Monpelye”, "Kann”, "Anje” (hamısı Fransa), "Sivasspor” (Türkiyə), "Anortosis” (Kipr) kimi klublarda çıxış edib. Çad millisində 18 oyun keçirən Ninqa 5 dəfə rəqib qapılarına yol tapıb.
Səbuhi Həsənov