Xəbər lenti

Məşhur fransalı futbolçu:
İdman 16:00 05.03.2024

Məşhur fransalı futbolçu: "Ronaldo susmalıdır"

Fransanın əfsanəvi futbolçularından olan Frank Leböf portuqaliyalı super ulduz Kriştiano Ronaldoya qarşı sərt ifadələr işlədib.

Qaynarinfo-nun məlumatına görə, fransalı keçmiş müdafiəçi Ronaldonun Liqa 1 ilə bağlı sözlərinə cavab verib və onu tənqid edib. O, Ronaldoya susmağı tövsiyə etməyi də unutmayıb. Hazırda Səudiyyə Ərəbistanının Pro Liqa komandalarından olan "Al-Nassr”da çıxış edən Kriştiano Ronaldo mükafatlandırma mərasimindəki çıxışında ərəblərin liqasının Fransa çempionatından daha yaxşı olduğunu bildirmişdi.

Sabiq fransalı futbolçu bu məsələ ilə bağlı açıqlamasında, "Ronaldonun Səudiyyə Ərəbistanı liqasının Fransa çempionatından daha yaxşı olduğunu deməsi məni narahat etdi. Sizcə, niyə Portuqaliya liqası deyil, Liqa 1 haqqında deməyə qərar verdi? Çünki Lionel Messi Liqa 1-də oynayıb! Ona bir oyunçu kimi böyük hörmətim var, amma Ronaldo susmalıdır. Bu, Liqa 1-ə qarşı haqsızlıqdır", - sözlərini söyləyib. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->