Məşhur fransalı futbolçu Matye Valbuenanın yeni klubu müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, futbolçu Kipr təmsilçisi "Apollon"a (Limassol) transfer olunub. Kipr klubu futbolçu ilə müqavil imzaladıqlarını rəsmən açıqlayıb.
Ötən mövsüm "Olimpiakos"da çıxış edən Valbuena forma geyindiyi 29 rəsmi matçda 4 qola və eyni sayda məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov