Xəbər lenti

Məşhur futbolçu altı aylıq həbsdən sonra azadlığa çıxdı
İdman08:06 25.08.2020

Məşhur futbolçu altı aylıq həbsdən sonra azadlığa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paraqvay məhkəməsi braziliyalı keçmiş futbolçu Ronaldinyo və qardaşı Roberto de Assisin ev dustaqlığından azad edilməsinə qərar verib.
Qaynarinfo xəbər verir ki, "ABC Color” qəzetinin yazdığına görə, qardaşların vətənlərinə qayıtmasına icazə verilib, lakin 200 min dollar məbləğində cərimə tətbiq edilib. Məhkəmə pulun koronavirus pandemiyası ilə mübarizəyə sərf olunacağını bildirib.
Xatırladaq ki, Ronaldinyo və qardaşı mart ayında Paraqvayda saxlanılmış və təxminən altı ay idi ki, həbsdə idilər. Onlar saxta sənədlərlə ölkəyə girməkdə ittiham olunurdular.
Alpər