Xəbər lenti

Məşhur futbolçu Azərbaycana sataşdı
İdman08:18 08.10.2013

Məşhur futbolçu Azərbaycana sataşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əfsanəvi forvard Eysebionu Portuqaliya yığmasında vurduğu qolların sayına görə Kriştian Ronaldo ilə müqayisə edilməsi məyus edir.

Milli.Az Sports-a istinadən xəbər verir ki, "Real" Madrid klubunun super ulduzu Kriştianu Ronaldu Portuqaliya yığmasında Eysebiodan çox qol vurub. 106 oyuna Ronaldu 43, Eysebio isə 60 oyuna 41 top vurub.

"Mən məyus oldum. Bu, müqayisə ediləsi deyil. Bu düzgün deyil. Bu nəticəni əldə etmək üçün mən 60-a yaxın oyun keçirmişəm. İndi isə qol vurmaq çox asanlaşıb. Bir də, mən heç vaxt Azərbaycan və yaxud Lixtenşteyn kimi komandalara qarşı oynamamışam", - Eysebio deyib.

Qaynar.info