Xəbər lenti

Məşhur futbolçu bu klubun prezidenti seçildi (FOTO)
İdman15:08 10.10.2021

Məşhur futbolçu bu klubun prezidenti seçildi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliya millisinin sabiq futbolçusu Ruy Koşta "Benfika" klubuna prezident seçilib.
Qaynarinfo "Report"a istinadla xəbər verir ki, 49 yaşlı keçmiş yarımmüdafiəçi 84,48 faiz səs toplayıb.
Koşta Lissabon təmsilçisinə iyulda müvəqqəti prezident təyin olunmuşdu. O, fırıldaqçılıqda və "pul yumaq"da şübhəli bilinərək həbs olunmuş Luiş Felipe Vieyranı əvəzləmişdi.
Qeyd edək ki, Ruy Koşta "Benfika"nın yetirməsi sayılır. O, 1977 - 1990-cı illərdə gənclər komandasında, 1991 - 1994 və 2006 - 2008-ci illərdə əsas kollektivdə çıxış edib. Koşta yerli "Fafe" (1990-1991), həmçinin İtaliyanın "Fiorentina" (1994 - 2001) və "Milan" (2001 - 2006) klublarının da formasını geyinib. Portuqaliyalı oyunçu karyerasını başa vurduqdan sonra "Benfika"da idman direktoru kimi çalışmağa başlayıb.