
Növbəti mövsümdən İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edəcəyi dəqiqləşən İsveç millisinin ulduz hücumçusu Zlatan İbrahimoviç Türkiyədə burnunu estetik əməliyyat etdirəcək.
Qaynarinfo.az xəbər verir ki, bu barədə "Ayşə estetik" ləqəbi ilə tanınan məşhur estetikçi Ayşə Yıldız Ahmet Çakarın canlı yayında olduğu verilişdə deyib.
Ayşə Yıldız "İbra"nın onlara müraciət etdiyini açıqlayıb: "İsveç millisində oynayan türk əsilli futbolçu Ərkan Zənginin bu yaxınlarda burnunda estetik əməliyyat apardıq. Ərkanın burnunu İbrahimoviç çox bəyənib. Görüncə, inana bilməyib. O da bizə gələcək".
Qeyd edək ki, Ayşə Yıldız Türkiyədə Alper Potuk, Veysəl Sarının burun əməliyyatlarını edib. O həmçinin Volkan Dəmirəl, Əmrə Çolak, Ahmet İlhan Özəkdə əməliyyat etdiyini, Hasan Şaşın başına saç əkdirdiyini söyləyib.
Qaynarinfo.az