Xəbər lenti

Məşhur futbolçu Çempionşip klubunu çalışdıracaq
İdman06:40 25.10.2022

Məşhur futbolçu Çempionşip klubunu çalışdıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çempionşip komandalarından "Midlsbro" "Mançester Yunayted"in keçmiş futbolçusu Maykl Kerriki baş məşqçi vəzifəsinə təyin edib.
Qaynarinfo xəbər verir ki, klub oktyabrın ilk günlərində pis nəticələrə görə vəzifəsindən uzaqlaşdırılan Kris Uaylderin əvəzinə 41 yaşlı Karrikin təyin ediləcəyini açıqlayıb.
"Midlsbro" bu mövsüm 16 turdan sonra 17 xalla 21-ci yerdədir və Çempionşipi tərk etməmək üçün mübarizə aparır.
Futbolçu karyerası ərzində 2006-2018-ci illərdə çıxış etdiyi "Mançester Yunayted"i 2021-ci ildə müvəqqəti çalışdıran ingilis məşqçilik karyerasında ilk ciddi sınağını "Midlsbro"da verəcək.
Səbuhi Həsənov