
Fil Dişi Sahili millisinin üzvləri - Kolo və Yaya Turenin qardaşı İbrahim Ture dünyasını dəyişib.
Axar.az xəbər verir ki, 28 yaşında dünyasını dəyişən kiçik Turenin ölüm səbəbi bəlli deyil.
Qeyd edək ki, kiçik Ture də qardaşları kimi peşəkar futbolçu idi.
O, “Metallurq” (Donets) və “Nitsa” kimi komandaların da şərəfini qoruyub.