Xəbər lenti

Məşhur futbolçu mərc işində günahını etiraf etdi
İdman06:18 18.10.2023

Məşhur futbolçu mərc işində günahını etiraf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın və İnfiltərənin "Nyukasl" klubunun yarımmüdafiəçisi Sandro Tonali mərc oyunlarında iştirakını etiraf edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sport Italia” məlumat yayıb.
Məlumata görə, Tonali oktyabrın 17-də İtaliyada mərc oyunlarında iştirakla bağlı istintaqa ifadə verib. Futbolçunun istintaqla sövdələşməyə hazır olduğu bildirilir. Tonalinin qumar asılılığından müalicə alacağı deyilir.
Oktyabrın 12-də Nikolo Faqioli, Sandro Tonali və Nikolo Zaniolonun mərc oyunlarına görə istintaqa cəlb olunduğu barədə məlumat yayılıb. Ötən gün "Yuventus"un yarımmüdafiəçisi Nikolo Faqiolinin mərc qalmaqalına görə 7 aylıq futboldan uzaqlaşdırıldığı açıqlanıb. Bu barədə "Sky Sport Italia” məlumat yayıb.
Nəşrin məlumatına görə, futbolçu günahını etiraf edib, prokurorluqla əməkdaşlıq edib və qumar asılılığından qurtulmağa hazır olduğunu bildirib. Bu, prokurorluğun 22 yaşlı futbolçuya 3 illik diskvalifikasiya əvəzinə 7 aylıq diskvalifikasiya tətbiq etməsinə səbəb olub. Tezliklə rəsmi açıqlama veriləcək. Qadağa müddəti İtaliya Futbol Federasiyasının (FIGC) açıqlamasından sonra başlayacaq.
Aydın