Xəbər lenti

Məşhur futbolçu xərçəngə qalib gəldi
İdman16:09 24.07.2015

Məşhur futbolçu xərçəngə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxalandığı xərçəng xəstəliyi səbəbilə alman futbolunu kədərə qərq edən Benjamin Köhlerdən gözəl xəbər gəlib. 34 yaşlı futbolçuya tətbiq olunan müalicə metodu nəticə verib. Xərçəngə qalib gələn Köhler tez bir zamanda futbola qayıtmaq istəyir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 169 gün bundan əvvəl futbolçuya qoyulan limfa xərçəngi onu sevimli işindən ayırmışdı. Bugünlərdə isə o, sevindirici xəbəri alıb. Xəbərdə deyilir ki, artıq onda xərçəng yoxdur, xərçəng hüceyrələri tamamilə yox olub.

Sevindirici xəbərdən sonra o, bundan sonra nə edəcəyi barədə təəssüratlarını bölüşüb: "Əvvəl həyat yoldaşım Marina ilə qəhvələrimizi toqquşdurduq. O, mənə hər vaxt dəstək olub, həmişə mənə cəsarət verib. O, qarşılaşdığım ən yaxşılardan birincidir. Ona çox təşəkkür borcluyam".

Futbolçu onu da qeyd edib ki, 7 yaşlı oğlu Diana tezliklə futbola dönəcəyi ilə bağlı vəd verib: "Onun üçün də avqust ayından gec olmayaraq yaşıl meydana çıxmaq istəyirəm. İndi bir neçə gün İtaliyada tətil edirəm. sonra həkimlərlə məsləhətləşərək idmana başlayacağam. Ən geci, 2-ci sezonda yoldaşlarıma dəstək verməyi planlaşdırıram".

169 dəfə Bundesliqada, 138 dəfə 2-ci Bundesliqada oynayan Köhlerlə bağlanan müqavilə xəstələnməsi səbəbilə daha bir il uzadılmışdı.

Qaynar.info