Xəbər lenti

Məşhur futbolçular gey-paradda - FOTO
İdman05:48 06.08.2013

Məşhur futbolçular gey-paradda - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hollandiya yığmasının keçmiş oyunçuları Patrik Klüyvert, Ronald de Bur, həmçinin "narıncılar"ın indiki baş məşqçisi Lui van Qal Amsterdamda keçirilən ənənəvi gey-paradda olublar. 

Milli.Az Sports-a istinadən bildirir ki, van Qal hərəkətlərini belə şərh edib: 

"Biz siqnal göndərmək istəyirdik. Futbol aləmində homoseksualizmi qəbul etmələri lazımdır". 

Holland ulduzların bu şouda iştirakı Avropada böyük rezonans doğurub. Bu barədə məlumatları çex, holland, alman və portuqal KİV-ləri yayıb. 

Bir müddət öncə isə yenə də holland futbolçu Demi de Zeuv geylər üçün jurnalın fotosessiya təklifini qəbul etmiş və beləliklə qeyri-ənənəvi oriyentasiyalı futbolçuları dəstəkləmişdi. 

Qaynar.info