Xəbər lenti

Məşhur futbolçulardan məşhur sitatlar - FOTOLAR
İdman16:08 03.09.2013

Məşhur futbolçulardan məşhur sitatlar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məşhur futbolçular oynadıqları futbollla yanaşı öz sözləri ilə də hər kəsin yaddaşlarına həkk olunublar. 

Qaynar.info bəzi futbolçuların məşhur sözlərini təqdim edir:

Mert Günok (Fənərbaxça) "Hər matçımı cənnətdəki anam üçün oynayıram."

Gerogi Hacı "Mən "Qalatasaray"a gəlməklə qalmadım, qalatasaraylı oldim. "Qalatasaray"ı hiss etməyə başladığım gün imzasını qəlbimə atdım".

Abbiati (Milan) "Nə oldusa 3 dəqiqədə oldu. Həyatımın şokunu yaşadım. "Qalatasaray" sanki kosmosdan gəlmişdi".

Filip Lam (Bavariya) "Məni bu mövsüm oynamaq deyil, tez-tez kubok qaldırmaq yordu".

Samuel Eto (Çelsi) "Çox böyük məşqçilərlə işlədim, amma Mourinyo kimi bir xarakter yoxdur. O, ətrafınızdadırsa əsla darıxmazsınız və ondan 1 dənədir". 

Arsen Venger (Arsenal) "Azarkeşlərimdən tək istədiyim şey türk bayrağına hörmət etmələridir. Çünki türklər bayraqları üçün canını verər". 

Mario Balotelli (Milan) "İtaliya milli komandasında oynamaqdan daha gözəl bir şey varsa, o da Pirlo kimi segrbazla eyni komandada oynamaqdır"

Luis Suarez (Liverpul) "Daha 4 il əvvələ qədər "Play Station"da sərf Cerardı idarə etmək üçün "Liverpul"u seçərdim, indi onunla birlikdə oynayıram"

Manuel Fernandes (Beşiktaş) "Portuqallar və ispanların pasla, türklərin ürəyi ilə oynadığı oyunun adı futboldur"

Şikarito (Mançester Yunayted) "Bəli, xristian ola bilərəm, amma örnək aldığım tək insan Hz.Məhəmməddir (s.s)"

Kristiano Ronaldo (Real Madrid) : "Messi ağıllı, İbrahimoviç güclü, Bekhem yaraşıqlıdır deyə sevilirlər. Mən isə sevilmirəm, çünki bunların hamısı məndə var". 

Lionel Messi (Barselona): "Ronaldo, yoxsa Messi deyə soruşanlara, Ronaldinyonun hələ həyatda olduğunu söyləyib söhbəti bağlayıram". 

Pep Qvardiola (Bavariya): "Ən böyük məqsədim Messini dünyanın ən yaxşı futbolçusu etməkdi, amma o məni dünyanın ən yaxşı məşqçisi etdi". 

Paskal Nouma (Beşiktaş-keçmiş) "Dostlarım mənim Necati Şaşmazdan daha yaxşı türk dilində danışdığını söyləyirlər". 

Uesli Sneyder (Qalatasaray) Hollandiya milli komandası daxilində qərar verdik və Robenə bildirdik. Meydana çıxdığımız zaman o öz topunu gətirəcək"

Devid Dekhem: "Futbolu otmağı düşündümmü? Bəli, bir dəfə Messi topu sağımdan atıb sürətlə solumdan keçmişdi. O gün həqiqətən də düşündüm". 

Musa Sou (Fənərbaxça) "Lazım olsa futboldan imtina edərəm, amma orucumu pozmaram. Pul bu dünyada keçərli, bir müsəlman olaraq axirətim vacibdir". 

Roberto Mançini "Ronaldonu dayandırmaq üçün polis çağırmaq lazımdır"

Qaynar.info